İnstitutun komandası Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan yarışda 3-cü yeri tutub May 18, 2022 | 06:41 / Mühüm hadisələr

Aprelin 25-də start götürən Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan AMEA-nın gənc alim və mütəxəssislərinin VII İnstitutlararası futbol turnirinin oyunları başa çatıb. AMEA Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən ənənəvi yarışın nəticələrinə əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandası 3-cü yeri tutub.

Turnir yekunlaşandan sonra AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, AMEA Gənc alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru  Elmir Babayevin iştirakı ilə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Akademik A.Həşimov çıxış edərək yarışlarda iştirak edən institutların əməkdaşlarını təbrik edib, onların elmdə olduğu kimi, idman sahəsində də əldə etdikləri müvəffəqiyyəti yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Akademik qalib komandaları təltif edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, VII İnstitutlararası futbol turnirində AMEA İqtisadiyyat İnstitutunun komandası 1-ci, AMEA Rəyasət Heyətinin komandası 2-ci, AMEA Geologiya və Geofizika institutunun komandası isə 4-cü yeri tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı