Elektron tullantıların idarə edilməsi problemləri araşdırılır Noyabr 26, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında 6 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, beynəlxalq konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.

B.Ağayev öncə yerinə yetirilmiş elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, cari ildə şöbədə audioinformasiya texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətləri üzrə tədqiqatlar aparılmışdır.

Şöbə müdiri Azərbaycanda e-tullantıların idarə edilməsi problemlərinin həlli vəziyyətinin monitorinqinin aparıldığını, problemin qanunvericilik, texniki-texnoloji, iqtisadi və s. aspektlərinin müasir vəziyyətinin müəyyənləşdirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, hesabat ilində e-tullantıların selektiv yığımı və emalı problemləri araşdırılmış, Avropa İttifaqı ölkələrinin təcrübəsinin Azərbaycanda tətbiqi məqsədilə təkliflər işlənmişdir.

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində SOCAR-ın Elm fondunun qrant layihəsi üzrə “Neft-qaz sahələrinin operativ-dispetçer idarəetmə kompleksləri üçün dispetçer danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sisteminin işlənməsi” mövzusu üzrə tədqiqatlar aparıldığını diqqətə çatdırdı.

Onun sözlərinə görə, aparılan elmi-tədqiqat və elmi-innovasiya işləri üzrə konfranslarda məruzələr edilmiş, problemlər ətrafında şöbədaxili seminarlar keçirilmiş, beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat əlaqələri qurulmuşdur.

Məruzə ətrafında müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı