İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri AMEA-nın elmi nailiyyətlər sərgisində iştirak ediblər Aprel 06, 2022 | 03:02 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri AMEA-nın elmi nailiyyətlər sərgisində iştirak ediblər.

AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.

Sərgini ziyarət edən Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, elmi əsər və kitablar, jurnal və bukletlərlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı