AMEA əməkdaşlarının attestasiyası keçirilir Mart 03, 2022 | 06:17 / Müsahibələr, çıxışlar

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında işçilərin attestasiyası keçirilir.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib.

Akademikin sözlərinə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırda bu proses davam edir:

“Attestasiya zamanı AMEA-nın əməkdaşlarının qarşısına qoyulan vəzifələrə yenidən baxılır, işinin səmərəliliyi müəyyən edilir. Bu proseslər zamanı yerdəyişmələr ola bilər. Daxili tənzimləmə məqsədi daşıyan attestasiya bizə kömək edir ki, dəyişən elmi prioritetlərə uyğun olaraq kadrları yenidən yerləşdirək və strukturu təzədən formalaşdıraq. İntellektual resursların düzgün yerləşdirilməsi birbaşa elmin inkişafına hesablanıb”, - deyə akademik bildirib.

Qeyd edək ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi tədqiqat müəssisələrində də hazırda attestasiya keçirilir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı