FRTEB-in iclasında Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi yad edilib Fevral 26, 2022 | 09:58 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının cari il üzrə ilk onlayn iclasında 1992-ci il fevralın 26-da baş vermiş dəhşətli Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən olan Xocalı soyqırımından bəhs edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əli­quliyev hər il fevralın 26-da Azərbaycan xalqı ilə yanaşı, digər tərəqqipərvər xalqların da bu dəhşətli faciəni qeyd etdiklərini deyib. Alim 30 il bundan öncə erməni işğalçılarının Xocalı şəhərinə hücum edərək yüzlərlə azərbaycanlının həyatına son qoyduqlarını, bu dəhşətli faciədə 613 insanın vəhşicəsinə öldürülüyünü xatırladıb: “63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Ümumilikdə itkin düşən 150 nəfərin taleyi hələ də məlum deyil”.

Akademik nitqinin sonunda Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyib, onların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağına inamını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı