İnstitutun 5 saylı şöbəsinin illik hesabatı dinlənildi Noyabr 25, 2014 | 03:24 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 5 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi.

İnstitutun şöbə müdiri Səyyar Abdullayev elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə əlaqədar həyata keçirilmiş işlər haqqında məlumat verdi.

Şöbədə hesabat ilində görülən işləri diqqətə çatdıran S.Abdullayev informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin toplandığını və jurnallar, konfrans materialları ilə yanaşı, elektron kitabxanalardan araşdırılaraq toplandığını qeyd etdi. İKT sahəsində ən müasir terminlərinin aşkarlanması üçün beynəlxalq təcrübənin araşdırıldığını söyləyən şöbə müdiri mövzunu əhatə edən əsas istiqamətlər üzrə toplanmış ən müasir terminlərin seçilərək tərcümə və təsnif edildiyini nəzərə çatdırdı. Onun sözlərinə görə, terminlərin araşdırılmasında EBSCO, EBSCO ebooks, ACM DL, IEEE CS DL, Springer Link, Web of Knowledge, IOP publishing və digər elektron kitabxanalardan istifadə olunmuşdur.

S.Abdullayev AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanmış “E” və “Ə” hərfləri üzrə ümumi sözlüyün layihəsinin nəzərdən keçirilərək layihə üzrə irad və təkliflərin hazırlandığını bildirdi.

Məruzəçi, həmçinin cari il ərzində şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirak etdiyini, müxtəlif problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirildiyini və məqalələrin tanınmış elmi jurnallarda nəşr edildiyini diqqətə çatdırdı.  

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı