Eynilə “Polaroid” kimi: kompakt printer fotoşəkilləri birbaşa smartfonun ekranından çap edir Noyabr 25, 2014 | 10:34 / Texnoloji yeniliklər

Kickstarter  portalında smartfon üçün “SnapJet” adlanan kompakt fotoprinterin istehsalına vəsait toplamaq üçün kampaniyaya start verilib.

Digər qurğulardan fərqli olaraq “SnapJet” smartfona nə naqilli, nə də naqilsiz qoşulma tələb etmir. Şəklin əldə edilməsi üçün lazım olan təsviri smartfonun ekranında əks etdirmək və  displeyi üzü aşağı printerin üst səthinə qoymaq kifayətdir.

“SnapJet” xüsusi skanerin köməyilə smartfonun displeyini skan edərək cəmi bir neçə saniyəyə fotoşəkli çap edir. Printer çap üçün “Polaroid 300” və ya “Fuji Instax Instant Film” standart kartriclərindən istifadə edir.

Hazırda printer üzərində çalışan mütəxəssislər hələ ki, lazım olan 155 min dollar məbləğində vəsaitdən 25 min dollar toplaya biliblər.“SnapJet”in qiymətinə gəlincə, onu 99-149 dollar cavarında əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

 

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı