Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün iyerarxik gizli Markov modelinə əsaslanan yanaşma təklif edilib Dekabr 04, 2021 | 07:02 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş onlayn toplantıda institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün iyerarxik gizli Markov modelinə əsaslanan yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

“Kiberfiziki sistem fabriklərin, elektrik enerjisi istehsalı obyektlərinin və s. təhlükəsiz və səmərəli fəaliyyətini təmin edərək, müxtəlif funksiyaları yerinə yetirən, bir çox qarşılıqlı əlaqəli komponentləri olan mürəkkəb kompüter şəbəkəsidir”, – deyə L.Suxostat bildirib. Müasir texnologiyalar və kiberfiziki sistemlər, onların elementləri, kiberfiziki sistem modeli və s. barədə ətraflı məlumat verib.

Məruzəçi qeyd edib ki, kibertəhlükəsizlik kiberfiziki sistemlər üçün mürəkkəb məsələdir. Bir sıra kiberhücumlardan sonra onların təhlükəsizliyinin təmin edilməsinin aktuallığı artmışdır. Kiberfiziki sistemlərə kiberhücumlar insan sağlamlığı və təhlükəsizliyi üçün əhəmiyyətli risk yaradır, ətraf mühiti təhlükə altına alır.

Tədqiqatçı, həmçinin anomaliyaların aşkarlanması, kiberfiziki sistemlərə edilən hücumlar, iyerarxik gizli Markov modeli haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün iyerarxik gizli Markov modelinə əsaslanan yanaşmanı və müvafiq istiqamətdə aparılmış eksperimentlərin nəticələrini təqdim edib.

Onun sözlərinə görə, təhlükəsizlik insidentlərinin sayının artması anomaliyaların aşkarlanması texnologiyalarına ehtiyac yaradır. Tədqiqat işində kiberfiziki sistemlərdə anomaliyaların aşkar edilməsi üçün iyerarxik gizli Markov modeli tətbiq edilmişdir. Bu yanaşma Təhlükəsiz Su Təmizləmə (Secure Water Treatment, SWaT) verilənlər bazasında qiymətləndirilmiş və daha öncəki işlərin nəticələri ilə müqayisədə daha üstün nəticələr vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı