İçindəki mayeni ayırd edə bilən "ağıllı" stəkanlar satışa çıxarılacaq Noyabr 24, 2014 | 10:37 / Texnoloji yeniliklər

Səhiyyə sahəsində "ağıllı" qolbaq, saat və sırğalardan sonra bazara "ağıllı" stəkanlar da çıxarılacaq.

theverge.com saytının məlumatına görə, “Vessyl” adlandırılan bu stəkanlar içinə qoyulan maye haqqında məlumatlar təklif edir. O, istifadəçiyə içilən mayenin kalori miqdarını göstərir və mayenin növünü ayırd edə bilir.

Mobil proqram vasitəsilə işləyən “Vessyl” stəkanları istifadəçilərin gündəlik su ehtiyacını qarşılamağa və maye qəbul etmə miqdarını tənzimləməyə kömək edir. Bundan əlavə, stəkan, göz oxşayan görünüşə malikdir və rahat yuyula bilir.   

2015-cü ildə bazara çıxarılması nəzərdə tutulan stəkanların təqribi qiyməti 99 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı