AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi Fevral 06, 2014 | 09:53 / Konfranslar, iclaslar

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2013-cü ili əhatə edən hesabat iclası keçirildi. 

İclasda AMEA Riyaziyyat və MexanikaFizikaKibernetikaRadiasiya Problemləri, İnformasiya Texnologiyaları institutları və Şamaxı Astrofizika Rəsədxanasının illik hesabatları təqdim olundu. 

Bölmənin akademik-katibi, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri giriş sözü ilə açaraq İKT ili çərçivəsində bölmənin elmi müəssisələri qarşısında qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söhbət açdı. Bildirdi ki, həyata keçirilən elmi-tədqiqatlar dövlət proqramlarına dəstək verməklə yanaşı, qlobal problemlərin həllinə yönəldilmişdir. 

Öncə Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov illik hesabatla çıxış etdi. 3 əsas istiqamət üzrə aparılan fundamental və tətbiqi xarakterli 8 mövzunu əhatə edən 42 elmi-tədqiqat işi haqqında məlumat verdi. Bildirdi ki, institutun əməkdaşları tərəfindən respublika və beynəlxalq elmi nəşrlərdə 355 məqalə dərc olunub ki, onlardan 161-i impakt faktorlu jurnallarda işıq üzü görmüşdür. 

Kibernetika İnsitutunun direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi elmi müəssisədə informasiya-telekommunikasiya sistemlərinin, eləcə də riyazi modelləşdirmənin, idarəetmənin və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri araşdırılmışdır. 43 elmi-tədqiqat işi aparılıb, onlardan 22-si başa çatdırılmışdır. Dünyanın bir çox ölkələrində erkən zəlzələ xəbərdarlığı sistemlərinin yaradıldığını qeyd edən akademik institutda aparılmış Anomal Seysmik Proseslərin Monitorinqinin nəticələrini nəzərə çatdırdı. 305 elmi nəşrin işıq üzü gördüyünü qeyd edən Telman Əliyev onlardan 65-nin nüfuzlu elmi bazalarda öz əksini tapdığını vurğuladı. 

İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevcari ildə institutda informasiya təhlükəsizliyi, sosial şəbəkələrin analizi, biometrik, audioinformasiya, süni intellekt və sosioinformasiya texnologiyaları, intellektual informasiya sistemləri və digər prioritet istiqamətlər üzrə aparılan elmi-tədqiqat işlərindən danışdı. 

AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia mərkəzi və institutun www.ict.az saytının illik fəaliyyətini nəzərə çatdırdı. www.science.gov.az portalının yeni versiyasının hazırlandığını bildirən alim, yeni yaradılan “Elm TV” internet-televiziyası haqqında məlumat verdi. 

Radiasiya Problemləri İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov institutda praktiki nüvə elmləri, alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi və digər istiqamətlərdə elmi araşdırmaların aparıldığını qeyd etdi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı