Smartfonlar üçün sınmayan Gorilla Glass 4 şüşələrini təqdim edilib Noyabr 21, 2014 | 12:12 / Texnoloji yeniliklər

Mobil cihazlar üçün dayanıqlı şüşələr emal edən “Corning” şirkəti Gorilla Glass 4 şüşələrini təqdim edib.  

gazeta.ru saytının məlumatına görə, 0.4 mm qalınlığında olan Gorilla Glass 4 əvvəlki nəsil 0.7 mm-lik şüşələrə nisbətən daha dayanıqlıdır. Gorilla Glass 4 texnologiyasından istifadə etməklə daha incə və yüngül mobil cihazlar istehsal etmək mümkündür. Şirkət artıq bu məhsulları istehsalçılara göndərməyə başlayıb.

Bu texnologiyadan istifadə olunmuş ilk cihazların 2015-ci ilin ilk rübündə bazara çıxarılması gözlənilir. Qeyd edək ki, “Corning” ilk Gorilla Glass modellərini 2007-ci ildə təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı