Süni intellektin təhsildə tətbiqinə həsr olunmuş elmi seminar Noyabr 17, 2021 | 09:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Salatın Rzayeva elmi seminarda “Süni intellektin təhsildə tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. O, onlayn iclasda öncə süni intellekt, onun tarixi, tətbiq sahələri və əsas problemləri barədə ətraflı məlumat verib. Süni intellektin insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm olduğunu söyləyib.

O, süni intellektin əsas nəzəri problemlərindən söz açarq bildirib ki, biliklərin təqdimatı süni intellektin başlıca problemidir. Kompüter linqvistikası, kompüter məntiqi isə onun digər problemləri sırasındadır.

Süni intellektin tarixindən bəhs edən S.Rzayeva  söyləyib ki, ilk mexaniki rəqəmsal kompüterin müəllifi Vilhelm Şikarddır (1623). 1643-1671-ci illərdə Blez Paskal-Leybnits müasir ikili say sisteminin təsvirini hazırlayıb. 1941-ci ildə  isə Konrad Tsuze ilk işləmə proqramı ilə idarə olunan kompüteri təqdim edib.

“1952-ci ildə süni intellekt ilə şahmat oynaya bilən ilk proqram yazıldıqdan sonra, 1961-ci ildə “Unimate” adlı ilk ticarət robotu hazırlanıb. 2000-ci ildə “Honda” şirkəti “ağıllı” insan robotu olan “Asimo”nu hazırlayıb.  2009-cu ildə “Google” sürücüsüz avtomobillərin istehsalına başlayıb, 2017-ci ildə isə “Deep Mind”ın tədqiqatçıları süni intellektə yaddaş əlavə etməyi bacarıblar”.

Daha sonra o, süni intellektin tətbiq sahələrindən söhbət açıb. Bildirib ki, buraya səsli köməkçilər, sağlamlıq analizi və xəstə  müalicəsi, onlayn söhbət və sürücü təkmilləşdirmələri daxildir.

Məruzəçi süni intellektin təhsildə tətbiqindən də danışıb. Onun sözlərinə görə, təhsildə süni intellektin qəbul edilməsi ilə qarşıdakı illərdə ediləcək investisiyaların 2025-ci ilə qədər artaraq 6 milyard dollarlıq qlobal xərclərə çatacağı gözlənilir: “Qlobal süni intellekt təhsilinə dair xərclərin yarıdan çoxunun Çin və ABŞ tərəfindən edildiyini söyləmək olar. Çin mərkəzli süni intellektin dəstəklədiyi uyğunlaşdırıcı təhsil təminatçısı olan “SquirrelAI” hər bir tələbəni süni intellektli super müəllim kimi qəbul edə bilmək üçün çalışır. Eləcə də ABŞ-da süni intellektə uyğunlaşdırılmış ALEKS təlim proqramı hazırlanıb”.

S.Əsgərova süni intellektin təhsilə verə biləcəyi töhfələrdən də söz açıb. Vurğulayıb ki, təhsildə süni intellektin təsiri ilə akademik uğurlar arta, müəllimlərin vaxt itkisinin qarşısı alına, davamlı qiymətləndirmə və rəy verilə, şagirdlərin məktəbdən çıxma riski proqnozlaşdırıla bilər.

“Süni intellektin sinfə daxil edilməsi ilə müəllimlərdən fərqli bacarıqlar gözlənilir”, - deyən tətqiqatçı bildirib ki, müəllimlər yeni süni intellekt məhsulları ilə əlaqədar qiymətləndirmələr aparmalı və müvafiq mühakimələr verməlidirlər. Bundan əlavə, onlar süni intellekt texnologiyalarının verdiyi məlumatları düzgün qiymətləndirmək üçün tədqiqat bacarıqlarını inkişaf etdirməli, məlumatları ən faydalı şəkildə şərh etməli və şagirdləri düzgün istiqamətləndirməlidirlər.

O, təhsildə süni intellektin rollarını da diqqətə çatdırıb. Qeyd edib ki, buraya təməl və ya təkrarlanan fəaliyyətlərin avtomatlaşdırılması, kurikulumdakı boşluqları və uğursuzluqları müəyyən etmək, tələbələr və təlimçilər üçün əlaqə döngəsi olmaq, akademik və sosial təzyiqləri azaltmaq və s. daxildir.

Sonda S.Rzayeva süni intellektin tətbiqindəki çətinlikləri də seminar iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, texnologiya inkişaf etdikcə daha yüksək qurumlar süni intellekti tətbiq və istifadə etməkdə çətinliklərlə üzləşəcəklər.  Başlıca problemlərdən  biri isə maliyyə xərcləri və məlumatların hazırlanması üçün sərf ediləcək vaxtdır.

Elmi seminar iclas iştirakçılarının sualları və müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı