İnternet reklamlarında süni intellektdən istifadə problemləri müzakirə olunub Noyabr 01, 2021 | 12:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Haşımova NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib.

O, “İnternet reklamlarında süni intellektdən istifadənin problem və perspektivləri” adlı məruzəni təqdim edərək, reklam və marketinqin inkişafı üçün tətbiq edilən yeni texnologiyalar sırasında süni intellektin xüsusi yeri olduğunu bildirib. Qeyd edib ki, reklam-marketinqin səmərəliliyinin artırılmasında özünəməxsus rolu olan süni intellekt biznes bazarında liderlik edən texnologiyalardandır.

K.Haşımovanın sözlərinə görə, İnternet axtarış sistemlərində istənilən məhsulun tez bir zamanda tapılması marketinq bazarı üçün olduqca vacibdir. Virtual mühitdə, küçə reklamlarında məhsul və ya xidmətin müştərinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla, vaxtında, yüksək səviyyədə təqdim olunması süni intellektin köməyilə mümkündür. Kiberfiziki sistemlərin geniş yayıldığı müasir dövrdə intellektual alqoritmlərin köməyilə yaradılmış maşınlar demək olar ki, bütün sahələrdə insan əməyini yüngülləşdirir. Smart bilbordlar şəbəkəsinin intellektual idarə olunması, reklam və marketinq sahəsində süni intellektin tətbiqi istiqamətində aparılan araşdırmalar iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.

Məruzəçi tədqiqat işində süni intellektin reklam sahəsində tətbiqi məsələləri və onun iş prinsipinin araşdırıldığını, bu sahədə yeni texnologiyaların tətbiq olunma proseslərinin öyrənildiyini qeyd edib. Məqalənin hazırlanmasında mövzu üzrə problemlərin və onların həll yollarının elmi analizi, nəticələrin ümumiləşdirilməsi və sistemli yanaşma metodologiyalarından istifadə edildiyini diqqətə çatdırıb.

Sonda tədqiqatçı mövzu ilə əlaqədar bir sıra sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı