İnstitutun dissertantı tədqiqat işi müsabiqəsinin qalibi olub Oktyabr 30, 2021 | 01:16 / Mühüm hadisələr

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA Universiteti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən “Yoxsulluğu yenidən araşdır” Tədqiqat İşi Müsabiqəsinin yekun mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə müsabiqənin nəticələri açıqlanıb və AMEA İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Aysən Fərəcova “Covid-19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə olan mənfi təsirləri” mövzusunda tədqiqat işinə görə 1-ci yerə layiq görülüb.

A.Fərəcova çıxış edərək, Covid-19 pandemiyasından ən çox təsirlənən sahələrin iqtisadiyyat və iş həyatı olduğunu bildirib. Pandemiyanın təsirlərini azaltmaq və onun yayılmasının qarşısını almaq üçün bir çox tədbir və məhdudiyyətlərin yerinə yetirildiyini vurğulayıb. Covid-19 epidemiyası ilə birlikdə dünyada 10% iş itkisi görüldüyünü qeyd edən tədqiqatçı 5 işçidən 4-nün fərqli səbəblərdən və müxtəlif yollarla pandemiyadan təsirləndiyini nəzərə çatdırıb.

Gənc tədqiqatçı təhsilin olmaması, səhiyyə xidmətlərinin əlçatmazlığı, müharibə və siyasi qeyri-sabitlik, demoqrafik amillər, qeyri-sabit əmək bazarları, işsizlik, iqtisadi böhranlar, gəlir bölgüsündə ədalətsizlik, insan hüquqlarının pozulması, ayrı-seçkilik və zəiflik kimi bir çox faktorların yoxsullaşmada rol oynadığını bildirib.

Kənd yerlərində yaşayan və kənd təsərrüfatı ilə məşğul olan insanların da Covid-19 böhranından mənfi təsirləndiyini qeyd edən məruzəçi, yoxsulluğun qarşısının alınması və kənd yerlərində iqtisadi və sosial xidmətlərə çıxışın asanlaşdırılması üçün sistemli, vahid, əhatəli, çevik və yenilikçi siyasətin qurulmasının önəmindən söz açıb.

A.Fərəcova yoxsulluğun nəsillərlə ötürülməsinin qarşısını almaq üçün təhsil siyasətinin funksional şəkildə qurulmasının, təhsilin əlçatanlığının qarşısındakı maneələrin aradan qaldırılması, təhsildə bərabər imkanların təmin edilməsi və təhsil keyfiyyətinin artırılmasının vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı