Dünyanın ən güclü superkompüterinin adı açıqlanıb Noyabr 19, 2014 | 04:32 / Maraqlı məlumatlar

Çin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanan “Tianhe-2” superkompüteri dünyanın ən güclü superkompüterləri siyahısında lider olaraq qalır. Belə ki, “Tianhe-2” bu günlərdə dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.

"Linpack” testində məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirməklə birincidir. İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasına məxsus “Titan” superkompüteri qərarlaşıb.

Ümumilikdə ilk onluğa yalnız bir yeni sistem daxil ola bilib. Bu, ABŞ-ın adı açıqlanmayan dövlət müəssisəsində quraşdırılan "Cray CS-Storm” (3,57 petaflops) sistemidir. ABŞ Top-500 reytinqində superkompüterlərin sayına (231) görə lider mövqeyini qoruyub. Reytinqin dərc edildiyi 44 buraxılış ərzində ABŞ-ın mövqeyi tarixi minimuma enib.

Avropa öz iştirakını ötən ilin iyununa nisbətdə 130 superkompüterdən 166-dək artırıb. Asiya isə əksinə, 132-dən 120-dək, Çin 76-dan 61-dək azaldıb. Yaponiya superkompüterlərin sayını 30-dan 32-dək artırmaqla öz mövqeyini qoruya bilib.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı