Proqram təminatının mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi üçün yeni hibrid metod təqdim edilib Sentyabr 18, 2021 | 09:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Tamilla Bayramova Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” XVI beynəlxalq elmi-texniki konfransında “Proqram təminatının mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi üsulu haqqında” məruzəsi ilə çıxış edib.

T.Bayramova proqram təminatının keyfiyyətinin idarə edilməsində proqram təminatı metrikalarının xüsusi əhəmiyyətini qeyd edib. Bildirib ki, bu metrikalar proqram təminatının bütün həyat dövrünü əhatə edir.

O, məruzədə proqram təminatı metrikalarının klassifikasiyasının verildiyini diqqətə çatdırıb. Proqram təminatının mürəkkəblik dərəcəsinin ölçülməsinin aktual problemlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, bu göstərici proqram təminatında olan səhvləri və boşluqları vaxtında aşkar etməyə imkan verir.

Onun sözlərinə görə, proqram təminatının mürəkkəbliyinin qiymətləndirilməsi üçün müxtəlif metodlar mövcuddur. Lakin proqram təminatının mürəkkəblik metrikaları sahəsindəki çoxsaylı araşdırmalar, hər hansı bir proqram kodunun mürəkkəbliyini qiymətləndirmək üçün universal bir metrikanın olmadığını göstərir. Hər hansı bir metrikanın tətbiqi problem sahəsindən asılıdır.

T.Bayramova tədqiqat işində bu metodların qısa xülasəsinin verildiyini və proqram təminatının mürəkkəbliyinin hesablanması üçün yeni hibrid metodun təklif edildiyini nəzərə çatdırıb. Qeyd edib ki, təklif olunan hibrid metod SLOC, Holsted və Makkeyb metrikalarının əsas xarakteristikalarını özündə birləşdirir. Məruzəçi yeni metodun proqram təminatının etibarlılığını daha səmərəli qiymətləndirdiyini təcrübədə əsaslandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı