Pilotsuz uçuş aparatlarında GPS əvəzetmə ilə hücumların aşkar edilməsi metodu təklif olunub Sentyabr 17, 2021 | 10:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanınma-2021” XVI beynəlxalq elmi-texniki konfransında “Pilotsuz uçuş aparatlarında GPS əvəzetmə ilə hücumların aşkar edilməsi metodu” adlı məruzəsini təqdim edib.

O.Vəlixanlı pilotsuz uçuş aparatlarını (PUA) hədəf alan hücumlar haqqında ümumi məlumat verib. PUA-ların son zamanlar daha çox GPS aldatması (Global Position System – Qlobal Mövqetəyinetmə Sistemi) hücumuna məruz qaldığını bildirib. Qeyd edib ki, GPS aldatması hücumu zamanı hücumçu saxta siqnallar ötürərək, qəbuledicini yanıltmağa çalışır. Bu isə öz növbəsində, PUA-nın qaçırılmasına və ya qəsdən qəzaya uğradılmasına səbəb ola bilər. Bu növ hücum yalnız PUA-lara qarşı deyil, həm də digər GPS qəbuledicisindən istifadə edən vasitələrə də tətbiq edilə bilər.

Məruzəçi GPS aldatma hücumlarının aşkarlanması üçün maşın təliminə, siqnalların emalına və siqnalın gəliş istiqamətinin təyininə aid metodların mövcud olduğunu vurğulayaraq hər biri haqqında məlumat verib. Daha sonra tədqiqat işində GPS aldatması hücumunun aşkarlanması üçün konvalyusiya neyron şəbəkəsinə (Convolutional Neural Network) əsaslanan yeni modelin təklif edildiyini bildirib. Yeni metodun PUA-ların uçuş zamanı qeydə alınmış loq-fayllarının analizinə əsaslandığını söyləyib. O, tədqiqatın nəticələrini diqqətə çatdırıb, digərləri ilə müqayisədə daha yüksək nəticələrin əldə edilməsinin yeni metodun əsas üstünlüyü kimi qiymətləndirildiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı