DDoS hücumların aşkarlanması üçün yeni model təklif edilib Sentyabr 16, 2021 | 04:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanınma-2021” XVI beynəlxalq elmi-texniki konfransında elmi məruzə ilə çıxış edib.

F.Abdullayeva “Tətbiqi səviyyə paylanmış xidmətdən imtina hücumlarının aşkarlanması üçün Konvalyusiya Neyron Şəbəkə modeli” (Convolutional Neural Network (CNN) for detection of application layer distributed denial of service attacks, DDoS) adlı məruzəni təqdim edərək, DDoS hücumların və tətbiqi səviyyə DDoS hücumların növləri, bu hücumların həyata keçirilməsi üsulları və alətləri haqqında məlumat verib. Məruzəçi tətbiqi səviyyə DDoS hücumların aşkarlanması sahəsində mövcud üsullardan, onların üstünlükləri və çatışmazlıqlarından danışıb. O, tədqiqat işində tətbiqi səviyyə DDoS hücumların effektiv aşkarlanmasını təmin etmək üçün CNN alqoritminin funksional modullarını özündə əks etdirən diaqnostik sistemin təklif edildiyini söyləyib. Modelin effektivliyinin qiymətləndirilməsi üçün onun elmi tədqiqatlar üçün açıq olan çoxsaylı verilənlər bazaları üzərində test edildiyini və mövcud üsullarla müqayisədə daha üstün nəticələrin əldə olunduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı