İnstitutun əməkdaşı beynəlxalq konfransda “İntellektual sistemlərin tətbiq sahələri” mövzusunda çıxış edib Sentyabr 15, 2021 | 10:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2021) XVI beynəlxalq elmi-texniki konfransında “İntellektual sistemlərin tətbiq sahələri” adlı məruzə ilə çıxış edib.

İntellektual sistemlərin tətbiq sahələri haqqında məlumat verən məruzəçi onların strukturu, növləri, klassifikasiyası və s. sahələrin araşdırıldığını diqqətə çatdırıb.

Ş.Mahmudova intellektual sistemin qərarların qəbul olunması texnologiyalarında insanın iştirakı olmadan məsələləri bacarıqla həll edən informasiya-hesablama sistemi olduğunu bildirib. İntellektual proqram sistemlərinin tətbiq sahələrinin bəzi nümunələrinin tədqiq edildiyini söyləyib.

Məruzəçi intellektual sistemlər sahəsində tədqiqat işlərinin üç istiqamətdə aparıldığını bildirib. Qeyd edib ki, tədqiqatın birinci istiqamətində insan beyninin quruluşu və mexanizmlərinə diqqət yetirilir, burada son məqsəd təfəkkür sirlərinin açılmasıdır. Bu istiqamətdə tədqiqatın zəruri mərhələsi psixofizioloji məlumatlara əsaslanan intellektual fəaliyyət modellərinin qurulmasıdır.

Onun sözlərinə görə, tədqiqatın ikinci istiqamətində süni intellekt sistemi tədqiq olunur. Burada kompüterlərdən istifadə edərək intellektual fəaliyyətin modelləşdirilməsindən söhbət gedir. Bu istiqamətdə aparılan tədqiqat işlərinin məqsədi bəzi intellektual problemləri bir insanın həll etməsinə imkan verən proqram təminatının yaradılmasıdır. Üçüncü tədqiqat istiqaməti isə insan-maşının və ya interaktiv və intellektual sistemlərin yaradılmasına yönəlmişdir. Bu araşdırmalarda ən vacib problemlərdən biri insanla belə bir sistem arasında qüsursuz semantik dialoqun təşkilidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı