“Sony” şirkəti TV yayımı üçün yeni bulud xidməti təqdim edib Noyabr 18, 2014 | 11:00 / Texnoloji yeniliklər

“Sony”noutbuk istehsalını dayandırdıqdan sonra yeni fəaliyyət sahələri axtarır. Şirkət bu yaxınlarda TV yayımını izləmək üçün yeni bulud xidməti olan PlayStation Vue-nu təqdim edib. 

news-software.ru saytının məlumatına görə, istifadəçilər “Sony Network Entertainment” və “Sony Computer Entertainment” şirkətlərinin hazırladığı PlayStation Vue onlayn platforması vasitəsilə kabel və peyk TV operatorları ilə müqavilə bağlamadan yayım əldə edə biləcəklər.

Bildirilir ki, müxtəlif qurğularda uzaq məsafədən oyunları nümayiş etdirən PlayStation Now bulud oyun xidmətinə tezliklə PlayStation Vue televiziya xidməti əlavə olunacaq.

Bu xidmət teleproqramları onlayn izləməyə, eləcə də onları istənilən vaxt yenidən izləmək üçün buludda yadda saxlamağa imkan verəcək. Lakin, bunun üçün vasitəçi cihazlar tələb olunur. Belə ki, PlayStation Vue xidmətinə giriş Sony PS3 və PS4 vasitəsilə mümkün olacaq. Bir müddət sonra xidmətin iPad planşetləri üçün də versiyası təqdim olunacaq. Şirkət artıq böyük şəbəkələr və şirkətlərlə müvafiq sazişlər imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı