Floridanın üç sakini kompüter oyunları oynayaraq pul qazanırlar Noyabr 18, 2014 | 09:22 / Maraqlı məlumatlar

Twitch.tv xidməti dünən StreamerHouse-un məşhur kanalını bağlayıb. Bu kanal gecə-gündüz birbaşa yayımda Floridanın üç gənc sakininin növbə ilə kompüter oyunları oynayaraq zarafat və söhbətlərilə tamaşaçıları necə əyləndirdiyini translyasiya edirdi.

Bildirilir ki, kanalın bağlanmasına səbəb iştirakçılardan birinin Grand Theft Auto V oyununu oynaması olub.

3 dost - 26 yaşlı Robert Şill, 29 yaşlı Adam Yanq və 26 yaşlı Brett Borden Floridanın mərkəzində yerləşən evlərdən birində yaşayırlar. Həftənin yeddi günü onlar kompüter oyunları oynayır və tamaşaçıları əyləndirirlər.

Evdə təxminən 20 kamera və ən azı 15 kompüter ekranı quraşdırılmışdır. Proqram realiti-TV, tok-şou və teatr tamaşası elementlərindən ibarətdir.

hitech.newsru.com saytının məlumatına görə, pul üçlüyün büdcəsinə yalnız abunəliyə görə daxil olmur:  pərəstişkarlar bəzən könüllü ianələr (yaxın vaxtlarda tamaşaçılardan biri onlara 6000 dollar hədiyyə etmişdi) bağışlayır, həmçinin uşaqlara pizza sifariş edir, şirniyyat, köynəklər və digər müxtəlif hədiyyələr verirlər.

Dostlar bu yolla nə qədər pul qazandıqlarını açıqlamırlar. Lakin əldə etdikləri gəlir onların bütün məişət ehtiyaclarını, kommunal xidmətlər, həmçinin istifadə etdikləri texniki avadanlıqların xərcini ödəyir.

Qeyd olunur ki,  onların heç biri ali təhsil yaxud hər hansı peşəyə malik deyil. Bu səbəbdən böyük oyun qabiliyyətləriylə fəxr edə bilmirlər. Dostlar bu fikirdədirlər ki,  fəxr etmək üçün onlar "çox yaşlıdırlar". Bu sahədə müvəffəqiyyət əldə etmək üçün isə uşaqlıq dövründən oyunlarla məşğul olmaq lazımdır.

Layihə iştirakçıları öz həyat tərzini istənilən 12 yaşlı balaca oğlanın xəyalı ilə müqayisə edirlər - gecə-gündüz kompüter oyunları oynamaq və buna görə pul əldə etmək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı