AMEA prezidenti gənc alimləri İKT-ni mükəmməl öyrənməyə çağırıb Fevral 05, 2014 | 04:42 / Konfranslar, iclaslar

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə institut və təşkilatlarda təsis edilmiş Gənc alim və mütəxəssislər şuralarının sədrləri ilə görüşüb. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və akademik-katib, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdə iştirak ediblər. 

Akif Əlizadə AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasının qərarı ilə yaradılan Gənc alim və mütəxəssislər şurasının məqsəd və vəzifələrindən söhbət açıb. Gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm adımlar atıldığını, dövlət proqramları çərçivəsində yerinə yetirilən lahiyələrdə fəal iştirak etmələri üçün tədbirlər görüldüyünü nəzərə çatdırıb. 

Cari ilin "İKT ili" elan olunması ilə bağlı AMEA-da həyata keçirilən tədbirlərdən, yeni islahat və dəyişikliklərdən danışıb. Gənc alimlərə informasiya-kommunikasiya texnologiyalarını və xarici dilləri mükəmməl öyrənməyi tövsiyə edib. 

Azərbaycan elminin gəncləşməsi istiqamətində görülən işlərdən söhbət açan akademiya rəhbəri gənc alim və mütəxəssislərin üzərinə düşən vəzifələri ifadə edib. Onların ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakının vacibliyini önə çəkib. 

Sonra professor Rasim Əliquliyev çıxış edib. Gənc alim və mütəxəssislərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açan alim akademiyada aparılan gənclər siyasəti, onların sosial problemlərinin həlli istiqamətində görülən əməli tədbirlərdən danışıb. Gənc alim və mütəxəssislərə ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması ilə bağlı innovativ proseslərdə fəal iştirak etməyi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsini tövsiyə edib. 

Sonda Gənc alim və mütəxəssislər şuralarının sədrlərinin rəy və təklifləri dinlənilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı