İnstitutun şöbə müdiri Yadigar İmamverdiyevi 50 illik yubileyi münasibətilə təbrik edirik! Noyabr 14, 2014 | 12:34 / Yubileylər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin 50 yaşı tamam olur.

Y.İmamverdiyev1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir. 

1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 

2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır. 

Hazırda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır.

"Rəqəm imzası texnologiyası", "Kriptoqrafiyanın əsasları", "Kriptoqrafiya tarixi", “Biometrik texnologiyalar” və “Sosial şəbəkələr” kitablarının həmmüəllifidir. 

2005-ci ildən institutda şöbə müdiri vəzifəsində işləyən Yadigar müəllimin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 30, xaricdə çıxmış elmi əsərlərinin sayı 25-dir. 

O, 2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin qalibi olub. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"ndə “Barmaq izlərinin tekstur deskriptorları əsasında biometrik kriptosistemlərin qurulması” məqaləsinə görə 3-cü yerə layiq görülüb. 

Yadigar müəllim təkcə elmi fəaliyyəti ilə deyil, həm də nəcib insani keyfiyyətləri, yüksək təşkilatçılıq bacarığı ilə fərqlənən alimlərdəndir. O, institutun ictimai həyatında yüksək təşəbbüskarlıq nümayiş etdirməklə həmkarları, alim yoldaşları, eyni zamanda bütün institut əməkdaşları arasında böyük hörmət qazanmışdır. 

Hörmətli Yadigar müəllim, Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, elmi fəaliyyətinizdə yeni nailiyyətlər diləyirik. Hər zaman zirvələrdə olasız! 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı