"Micron" DRAM-yaddaşın istehsalı üzrə zavoda 866 milyon dollar sərmayə yatırır Noyabr 14, 2014 | 09:58 / Maraqlı məlumatlar

Kompüter yaddaşının istehsalçısı olan ABŞ-ın “Micron Technology” şirkəti Yaponiyadakı fabriklərindən birinə sərmayə yatırmaq qərarına gəlib. O, bu fabrikə “Elpida Memory” şirkətini əldə etməsi nəticəsində yiyələnmişdir.

3dnews.ru saytının məlumatına görə, “Micron” şirkəti  Xirosimada yerləşən fabrikə təxminən 100 milyard ien (866 milyar dollar) investisiya ayırıb. ABŞ vendorları müəssisədə DRAM yaddaşın 20 nm çiplərinin istehsalını artırmaq niyyətindədir.

Cari maliyə ilinin nəticələrinə görə, “Micron” şirkəti dünya üzrə 3,8 milyard dollar kapital qoyuluşu nəzərdə tutur ki, bu məbləğin də yarısı DRAM-yaddaşın istehsal gücünün artırılmasına yönələcək.

Şirkətin  baş direktoru Mark Durkanın sözlərinə görə, mobil və server də daxil olmaqla bir çox bazarlarda əməli yaddaşa tələbat artıb. Bu səbəbdən “Micron” bazar tendensiyalarına uyğun olaraq, bu məhsula sərmayə yatırmağa fəal şəkildə davam edəcək.

IHS analitikləri bildiriblər ki, 2013-cü il üzrə dünyada DRAM yaddaş çiplərinin istehsalı 35 milyard dollara qədər artıb. Bu da ötən illə müqayisədə 30% çoxdur. “Micron” şirkəti bu bazarın 28,3%-nə nəzarət edirdi. “Samsung” şirkəti isə 36,2% ilə birinci yeri tuturdu.

“Micron” Tayvandakı fabrikdə də çiplərin istehsalını artırmağı planlaşdırır. Bu tədbirlər nəticəsində şirkət DRAM-mikrosxeminin istehsalının 20% artacağına ümid edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı