İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Belarusun Milli Dövlət Kitabxanasında olmuşdur Noyabr 13, 2014 | 03:00 / Mühüm hadisələr

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi ilə Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması problemlərinin tədqiqinə dair qrant layihəsi həyata keçirilir. Layihə çərçivəsində institutun şöbə müdiri, layihənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Minsk (Belarus) şəhərinə ezamiyyət müddətində bir sıra təşkilatlar, o cümlədən Yüksək Texnologiyalar Parkı və Belarus Milli Elmlər Akademiyasının (MEA) institutlarında olmuşdur.

Səfər çərçivəsində Ə.Əliyev intellektual potensial və innovativ mühitin vəziyyəti ilə tanış olmaq məqsədilə Belarus MEA Birləşmiş İnformatika Problemləri İnstitutu və VI Kosmik forumun iştirakçıları ilə birlikdə Belarusun Mərkəzi Dövlət Kitabxanasında olmuş və burada yaradılmış şərait, xüsusilə kitabxananın informasiyalaşdırılması ilə yaxından tanış olmuşdur. Ə.Əliyev kitabxana əməkdaşlarına Azərbaycanda e-kitabxanaların vəziyyəti, o cümlədən AMEA İTİ-nin bu sahədə qazandığı təcrübədən danışmışdır.

O, həmçinin kitabların saxlanması, oxu zalı, kitabların mexaniki liftlərlə saxlama yerlərindən alınması prosesi ilə tanış olmuşdur.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı