“Proqram mühəndisliyi” mövzusunda araşdırmalar aparılır Fevral 05, 2014 | 04:19 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin illik hesabat iclasları davam edir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov da rəhbərlik etdiyi şöbədə cari ildə görülən işlərlə bağlı hesabatı təqdim edib. 

O, öncə elmi-tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, şöbənin sektor müdiri Şəfəqət Mahmudova “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatlar aparmış, dissertasiya işi hazırlanmış və müdafiəyə təqdim olunmuşdur. 

Sonra məruzəçi böyük elmi işçi Tamilla Bayramovanın proqram mühəndisliyi (PM) ilə bağlı araşdırmalarından söz açıb. 

Bildirib ki, T.Bayramova PM-in inkişaf tarixi, mövcud problemləri, bu sahədə dünya təcrübəsi, Azərbaycanda proqram məhsullarının inkişafı, PM-in standartları, PM fənninin tədrisi və s. istiqamətdə tədqiqatlar aparmışdır. PM – kompüter elmi və texnologiyasının çox böyük və mürəkkəb proqram sistemlərinin yaradılması ilə məşğul olan bir sahəsidir. Əsas məqsədi proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Bu sahəyə dair 1000-dən çox standart mövcuddur. 

T.Kazımov sensor şəbəkələrində məkanın təyin olunması metod və alqoritmlərinin işlənməsi, biometrik sensor şəbəkələrin səmərəlik göstəricilərinin yaxşılaşdırılması metodlarının hazırlanması, Ad Hoc şəbəkələrində məkanın müəyyən olunması metod və alqoritmlərinin işlənməsi və s. kimi mövzuların şöbəyə təhkim olunmuş doktorant və dissertantlar tərəfindən araşdırıldığını diqqətə çatdırıb. 

O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı üçün “Kadrlar” informasiya-analitik sisteminin hazırlanması ilə bağlı tədqiqat işlərinin aparıldığını və sistemin strukturunun müəyyənləşdirildiyini vurğulayıb. 

Bildirib ki, institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara, həmçinin fərdi kurslar keçən tələbələrə “İnformatika” fənninin tədrisi elmi-pedoqoji fəaliyyətlə əlaqədar görülən işlərdəndir. 

Burada həmçinin şöbə əməkdaşları tərəfindən Bakı Pedoqoji Kollecinin müəllimlərnə "elektron lövhə"dən istifadə qaydaları, M. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinə isə “İnformatika” fənni tədris olunmuşdur.

T.Kazımov tanınmış elmi jurnallarda məqalələrin dərci, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, müxtəlif nəşrlərin hazırlanması, beynəlxalq jurnal və assosiasiyalarla əməkdaşlıq, elmi-təşkilati fəaliyyət və digər cari işləri də diqqətə çatdırıb. 

Hesabat ətrafında müzakirələr aparılıb, təklif və iradlar səsləndirilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı