“Loihi” neyroprosessoru qoxunu tanıyır Mart 18, 2021 | 02:15 / Maraqlı məlumatlar

“Loihi” adlı prosessor 2017-ci ildə “Intel” şirkəti tərəfindən beyinin fəaliyyətinin modelləşdirilməsi üçün hazırlanmışdır.

“Loihi”nin ilk modellərində 130 milyon sinaptik əlaqə ilə birləşdirilmiş 130 min süni neyron var idi. Şirkətdə əlaqə sayını milyarda çatdırmaq və hətta 64 “Loihi” prosessorundan ibarət klaster yaratmaq planlaşdırılırdı.

“Nature Machine Intelligence” jurnalında dərc edilmiş məqalədə Kornel Universitetinin alimləri və “Intel” şirkətinin mütəxəssisləri məməlilərin iybilmə orqanlarının nümunəsi əsasında modelləşdirilmiş və “Loihi” prosessorunda reallaşdırılmış neyron şəbəkəsinin qoxunun tanınması təlim alqoritmini təsvir ediblər.

osp.ru saytının məlumatına görə, 72 sensordan əldə edilmiş məlumatlar şəbəkəyə daxil edilib. Bundan sonra şəbəkə bu məlumatların hansı maddəyə uyğun olduğunu müəyyənləşdirməyi öyrənib. Eksperimentlər zamanı aseton, ammonyak və metandan istifadə olunub. Bununla yanaşı, şəbəkəyə qoxunu digər qoxuların fonunda tanımaq öyrədilib. Hazırlanmış alqoritmin digər məsələlərə (müşahidə edilən mühitdə obyektlər arasında qarşılıqlı əlaqələrin analizi, abstrakt qərar qəbul etmə məsələləri və s.) uyğunlaşdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı