Baş hərəkətləri və səs komandaları ilə idarə olunan smartfon fiziki cəhətdən qüsurlu insanların köməyinə çatacaq Noyabr 12, 2014 | 04:00 / Texnoloji yeniliklər

"Açıl, Susam!",  - nağıl qəhrəmanı xəzinə dolu sehirli mağaraya yaxınlaşaraq bu sözləri deyirdi. Fiziki qüsurlu insanlar indi eyni komanda ilə eyniadlı smartfonu blokdan çıxara biləcəklər.

Susamın (Sesame) təqdim etdiyi adi Nexus 5 smartfonu xüsusi proqram təminatı vasitəsilə qurğunu ekrana toxunmadan idarə etməyi nəzərdə tutur.

hitech.newsru.com saytından bildiriblər ki, proqram iflic və digər xəstəliklərdən əziyyət çəkən insanlara qurğudan tam ölçüdə istifadə etməyə imkan verəcək.  Səs komandaları və baş hərəkətlərinin köməyilə onlar mesaj yaza, göndərə, zəng edə, istənilən proqrama daxil ola, hətta oyun oynaya biləcəklər. Qurğu ilə işi sona çatdırmaq üçün "Bağlan, Susam" ("Close Sesame") əmrini vermək kifayətdir.

İstehsalçıların sözlərinə görə, proqramdan hətta uşaqlar da istifadə edə bilərlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı