Alimlər bir insanın beynindən digərinin beyninə siqnalların birbaşa ötürülməsi imkanını təsdiq edirlər Noyabr 12, 2014 | 02:12 / Texnoloji yeniliklər

Vaşinqton Universitetinin (ABŞ) tədqiqatçıları bir şəxsin beynindən siqnalları "oxuyaraq" başqa şəxsin beyninə İnternet üzərindən ötürməyə imkan verən kompüter interfeysini uğurla nümayiş etdiriblər. Belə ki, yarım saniyə gecikmə olmasına baxmayaraq, alimlər tərəfindən hazırlanmış "beyin-kompüter-internet-kompüter-beyin" interfeysi bir şəxsə digər şəxsin hərəkətlərini idarə etməyə imkan verib.

dailytechinfo.org saytının məlumatına görə, ABŞ hərbçiləri iki şəxsin səyi nəticəsində təhlükəli işləri icra edərkən məlumatların birbaşa ötürülməsi üçün bu texnologiyanın dil baryerini aşmaq imkanını görürlər.

Qeyd edək ki, sistemin iş qabiliyyətinin ilk nümayişi ötən il həyata keçirilib. Bu nümayiş isə nəinki ideyanın iş qabiliyyətini, eləcə də bir neçə geniş imkanlarını göstərib. Əvvəllər olduğu kimi, digər şəxsin hərəkətlərini məsafədən idarə edən iştirakçılardan biri EEG sensorunu geyinir. Sensorun köməyi ilə kompüter beynin müəyyən hissələrinin fəaliyyət şəkilini "oxuyur". Bu verilənlər rəqəmsallaşdırılaraq internet vasitəsilə başqa kompüterə ötürülür.

İnsan-operatorun başqa şəxsə komanda göndərməsi üçün hərəkət etməsi lazım deyil. Ona yalnız əlini hərəkət etdirirmiş kimi təsəvvür yaratmaq kifayətdir. İcraçı şəxs maqnit-stimullaşdırıcı texnologiya vasitəsilə əmrləri qəbul edir və onun əli şüurdan kənar şəkildə müstəqil hərəkət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı