İnstitutun baş elmi işçisi “Bakı Elm Festivalı-2014”də məruzə ilə çıxış edib Noyabr 11, 2014 | 03:04 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent  Zərifə Cəbrayılova bu gün "Bakı Elm Festivalı-2014"də “Zadə nəzəriyyəsi və onun tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, görkəmli azərbaycanlı alim Lütfi Zadənin elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına xidmət edir. L.Zadənin dünya elminə 6 fundamental nəzəriyyə bəxş etdiyini vurğulayan məruzəçi onun “Qeyri-səlis məntiq nəzəriyyəsi” “Təəssüratlar nəzəriyyəsi”, “Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Soft Computing nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflərinin dünya elminin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb.

Qeyd edib ki, L.Zadə ona dünya şöhrəti gətirən qeyri-səlis məntiq nəzəriyyəsini elmə gətirməklə alternativ riyaziyyatın (qeyri-səlis riyaziyyat) əsasını qoymuşdur. L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi dünyanın mənzərəsini dəyişmiş, real həyatı daha dürüst əks etdirməyə imkan vermişdir.

Sözlə işləyən kompüterlər nəzəriyyəsinin əsasını qoyan qeyri-səlis məntiq texnologiyasından hazırda foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Yaponiyanın "Umtaçi", "Mitsubisi", "Toşiba", "Soni", "Orison", "Konon", "Riqo", "Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib.

Bu nəzəriyyədən, həmçinin iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı