K-means alqoritminin eksperimental nəticələri müzakirə olunub Dekabr 15, 2020 | 10:55 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “K-means alqoritminin eksperimental nəticələrinin müxtəlif indekslər üzrə qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Eltun Əhmədov ənənəvi proqramlaşdırma, maşın təlimi, klassifikasiya, klasterləşmə metodları, K-means alqoritminin işləmə prinsipi, verilənlər çoxluğunun növləri, qiymətləndirmə indeksləri və aparılmış eksperiment barədə ətraflı məlumat verib.

O, Siluet indeksi, “Davies-Bouldin” və “Dunn” indeksləri haqqında danışıb, aparılmış eksperimentin nəticələrini diqqətə çatdırıb.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı