“iOS” və “Android” üçün ödənişsiz “Office” əlçatan olub Noyabr 07, 2014 | 11:00 / Texnoloji yeniliklər

Microsoft” korporasiyası “iPhone”, “iPad” qurğuları və “Android” platforması ilə işləyən smartfonlar üçün “Office” mobil tətbiqini yeniləyib. İndi bu tətbiqdən ödənişsiz istifadə etmək olar.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, əvvəllər “Office” tətbiqindən mobil qurğularda istifadə etmək üçün “Office 365” abunəsini rəsmiləşdirmək lazım idi. Ən ucuz tarif planı ilə (aylıq 6,99 dollar) “OneDrive” “bulud” xidmətindən istifadə etmək və bir masaüstü, planşet və smartfonda “Office” tətbiqləri ilə işləmək mümkün idi. Cari yeniləmədən sonra abunəni rəsmiləşdirmək tələb olunmur.

“Android” smartfonları və “iPhone”, “iPad” qurğuları üçün yeni proqramlar sənədin redaktəsi və “Dropbox” “bulud” xidməti ilə inteqrasiya zamanı genişləndirilmiş funksionallığa sahiblənib.

Şirkət 2014-cü ilin martında “iPad” üçün “Office” tətbiqini istifadəyə verib. Bu tətbiq artıq 40 milyon qurğuya quraşdırılıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı