Barmaq izlərinin skan edildiyi bank kartı yaradılıb Noyabr 07, 2014 | 10:40 / Texnoloji yeniliklər

Mağazalarda kartla alış-veriş edərkən kartın PIN-kodunu daxil etməyə ehtiyac olmayacaq

Müasir dövrdə kontaktsız texnologiyalar dünyanın bir çox ölkəsində vüsət alıb. Kontaktsız ödənişlər ödəmə aləti və POS-terminal arasında fiziki əlaqə tələb etmir.

MasterCard” şirkəti kontaktsız ödənişlərin aparılması üçün barmaq izləri sensorunun əks olunduğu ilk bank kartının buraxılması üçün Zwipe startapı ilə əməkdaşlıq haqda bəyan edib.

Əməliyyat aparmaq üçün istifadəçinin barmağını biometrik datçikin üzərinə qoyması və terminalın skanerindən kartı keçirməsi kifayətdir. Tranzaksiyanın avtorizasiyası bir saniyədən də az vaxt tələb edir.

“MasterCard”ın təhlükəsizlik məsələlərinin həlli üzrə rəhbəri Acay Bhalla bildirib: “Biz əminik ki, məlumatların etibarlığını parol və pin-kodlardan istifadə etmədən təmin edə biləcəyik”.  Yeri gəlmişkən, ilkin vaxt üçün kartlar ənənəvi çiplərlə təchiz olunacaq.

habrahabr.ru saytının məlumatına görə, yeni növ kartların kütləvi buraxılışı 2015-ci ilə planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı