“Mac OS X” əməliyyat sistemində kritik boşluqlar aşkar edilib Noyabr 06, 2014 | 05:00 / Maraqlı məlumatlar

İsveç xakeri "Mac OS X" əməliyyat sistemində kritik boşluqlar aşkar edib. Bədniyyətlilər bu boşluqlardan daxil olaraq "superistifadəçi" hüququ qazana və təhlükəsizlik sistemini keçərək qurğudan istifadə edə bilərlər.
it.tut.by saytının məlumatına görə, boşluqlar "Mac OS X" əməliyyat sisiteminin “Yosemite”-a qədər bütün versiyalarında mövcuddur və "Rootpipe" adını almışdır. Bunu aşkar etmiş xaker Mac-qurğuların mühafizəsindən yan keçməyin üsulunu açıqlamamaq qərarına gəlib. Beləliklə o, "Apple" şirkətinə əməliyyat sistemindəki boşluqları aradan qaldırmaq üçün vaxt verib.

"Apple" şirkəti hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib. Lakin şirkətdən bildiriblər ki, "Apple" artıq problemin həlli istiqamətində araşdırmalara başlayıb. Ehtimal edilir ki, əməliyyat sistemindəki boşluqların aradan qaldırılaraq yenilənməsi 2015-ci ilin yanvar ayına təsadüf edəcək. Çünki, şirkət əməliyyat sisteminin bir neçə versiyası üçün "yamaq" hazırlamalıdır. 

Xaker Mac-qurğularının istifadəçilərinə administratorun istifadəçi hesabından istifadə etməməyi və sərt diskin şifrələnməsini daxil etməyi məsləhət görüb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı