İnstitutun əməkdaşları Ağ Evin rəsmi saytında daha bir petisiyanı imzalayıblar Oktyabr 15, 2020 | 01:05 / Mühüm hadisələr

Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində ermənipərəst xeyriyyə fondlarının humanitar məqsədlər əvəzinə, separatçı dövlətin silahlandırılmasına yönəlmiş fəaliyyətlərini dayandırmaq məqsədilə yeni petisiya açılmışdır. Müraciət bir neçə erməni fondu tərəfindən təcavüzkar ölkənin silahlandırılmasına yönəlmiş vəsaitlərin araşdırılması və qarşısının alınmasını nəzərdə tutur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşları bu müraciətə qoşulmuş və petisiyanı imzalayaraq ABŞ-ın ermənipərəst xeyriyyə fondlarının fəaliyyətlərinin dayandırılması ilə bağlı petisiyanı dəstəkləmişlər.

Müraciətdə qeyd olunur ki, Azərbaycanın əbədi və əzəli torpaqları olan Dağlıq Qarabağın işğaldan azad olunması və təcavüzə son qoyulması əvəzinə bu ölkənin mülki vətəndaşlarına qarşı hərbi təcavüzlərin maliyyələşdirilməsi yolverilməzdir.

Petisiyanın qəbul olunması üçün 2020-ci il noyabrın 11-dək 100 min imza tələb olunur.

Müraciəti dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/curb-diversion-pro-armenian-charitable-funds-weaponization-separatists-instead-humanitarian-causes) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla lazımdır. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı