İnstitutun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib Oktyabr 15, 2020 | 10:30 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dünyanın nüfuzlu “SCOPUS” elmi bazasında indeksləşən “Journal of Applied Engineering Science” (JAES) jurnalının redaksiya heyətinin üzvü seçilib.

JAES jurnalı texniki elmlər, enerji səmərəliliyi və ətraf mühit, sənaye mühəndisliyi, nəqliyyat və texnologiyalar kimi sahələrdə biliklərin daha da təkmilləşdirilməsi və yayılmasını nəzərdə tutan beynəlxalq nəşrdir.  

Jurnal “SCOPUS” ilə yanaşı, həm də DOAJ, Google Scholar, SCIndeks, Kobson, ROAD kimi nüfuzlu bazalarda indeksləşir və referatlaşır.

Qeyd edək ki, Ş.Mahmudova bir çox beynəlxaq nüfuzlu jurnalların redaksiya heyətinin üzvü və rəyçisidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı