Windows 7 və Windows 8 əməliyyat sistemlərinin satışı dayandırılıb Noyabr 04, 2014 | 10:51 / Maraqlı məlumatlar

"Microsoft" şirkəti əməliyyat sistemlərinin Windows 7 və Windows 8  versiyalarının satışını dayandırıb. Windows 7 Home Basic, Home Premium və Ultimate-in yeni kompüterlər və disklərdə tətbiqi oktyabrın 31-də dayandırılıb. İndi bu sıraya Windows 8 də əlavə olunub.

Qeyd olunur ki, tətbiqi 2015-ci ilin ortaları üçün nəzərdə tutulan Windows 10 əməliyyat sistemi istifadəyə verilənə kimi fərdi kompüter və noutbuklar Windows 8.1 əsasında satılacaq. Yalnız anbalarda qalan və hələ də satılmamış, əvvəlcədən quraşdırılmış Windows 7 və Windows 8 əsaslı kompüterlər isə istisnadır.

it.tut.by saytının məlumatına görə, Microsoft əməliyyat sistemlərinin ən məşhur versiyası 2009-cu ildə təqdim olunmuş Windows 7-dir. Windows əməliyyat sistemi istifadəçilərinin 53% -də bu sistemə rast gəlinir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı