AMEA-nın müxbir üzvü nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb İyul 21, 2020 | 04:02 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə “Applied Energy” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal enerjinin çevrilməsi və saxlanması, enerji resurslarından optimal istifadə, enerji proseslərinin analizi və optimallaşdırılması, ətraf mühitin çirklənməsinin azaldılması və dayanıqlı enerji sistemləri sahəsində innovasiya və araşdırmalar barədə informasiyanın təqdim olunması üçün forum rolunu oynayır. Nüfuzlu nəşrdə orijinal məqalələr, texniki qeydlər və redaksiyaya məktublar dərc olunur. Jurnalın mövzusu innovativ texnologiyalar və bərpa olunan enerji mənbələrindən tutmuş, enerjidən ətraf mühitə təsirsiz və ya az təsirli istifadəyə qədər sahələri əhatə edir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 8.848

5-Year Impact Factor: 9.086

Source Normalized Impact per Paper (SNIP): 2.865

CiteScore: 16.4

SCImago Journal Rank (SJR): 3.607

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı