İnstitutun “Gənclər üçün Prezident Mükafatı”na namizədi fəlsəfə doktoru diplomunu almışdır Oktyabr 31, 2014 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülən institutun Gənc alim və mütəxəssislər şurasının üzvü Nigar İsmayılova texnika üzrə fəlsəfə doktoru diplomunu almışdır.

Qeyd edək ki, N.İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

O, hazırda institutun E-kitabxana Mərkəzinin nəzdində Bibliometriya sektoruna rəhbərlik edir. Həmçinin bibliometriyanın təkamülü, müasir problemləri, həll perspektivləri, Azərbaycanda və dünyada müxtəlif istiqamətlərdə aparılan elmi-tədqiqatların bibliometrik analizi, elmin bibliometrik xəritələrinin tərtib olunması, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə bibliometrik üsulların intellektuallığının artırılması, sosial şəbəkələrdə fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı