“Google” xərçəngin ilkin diaqnostikası texnologiyasını təqdim edib Oktyabr 31, 2014 | 09:24 / Texnoloji yeniliklər

Google” korporasiyası pasiyentlərin həb şəklində qəbul edəcəyi xüsusi maqnit nanohissəciklərinin köməyilə onkoloji, ürək-damar və digər xəstəliklərin ilkin mərhələdə diaqnostikasına imkan verən texnologiyanı təqdim edib.

CNews yüksək texnologiyalar nəşrinin məlumatına görə, nanohissəciklər eritrositlərdən min dəfə kiçik olaraq müxtəlif örtüklərə malik olacaqlar ki, onların da hesabına xərçəng və qan hüceyrələrinə, piy piləklərinə, müxtəlif zülal molekullarına və s. yapışacaqlar. Pasiyentin biləyindəki xüsusi elektron qolbaq nanohissəciklərin maqnit sahəsini təyin edə və onların cəmləşməsi haqda informasiya toplaya biləcək. Bu məlumatlar isə diaqnostika üçün baza rolunu oynayacaq.  

Google X bölməsinin 100-dən artıq əməkdaşının üzərində çalışdığı layihənin rəhbəri, molekulyar biologiya üzrə mütəxəssis Endryu Konrad bildirib ki, burada alimlərin əsas vəzifəsi xəstəliyi tez bir vaxtda aşkar etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı