Qoxunu "çap" edən aromaprinterlər Oktyabr 30, 2014 | 04:27 / Texnoloji yeniliklər

Ətirlərdən insanlarda əhval-ruhiyyə yaratmaq və onların davranışını manipulyasiya etmək üçün kommersiya məqsədilə istifadə ideyası yarım əsrdən çoxdur ki, mövcuddur. Hələ 1950-ci illərin sonlarında ətirlərdən müxtəlif film nümayişləri zamanı istifadəyə cəhd edilmişdir: filmin ssenarisinə uyğun olaraq ventilyasiya sistemi vasitəsilə kinozala müxtəlif qoxular ötürülmüşdür. 

Yalnız 90-cı illərdə müştərilərin qoxular vasitəsilə cəlb olunması fikri aktuallaşmağa başladı. Bu istehlakçıların ənənəvi reklam vasitələrindən "yorulmaları" ilə izah olunurdu.

Hazırda aromamarketinq (binaların, tədbirlərin aromatikləşdirilməsi, aromadizayn, aromatik suvenirlər və s.) sürətlə inkişaf edir və müxtəlif biznes məqsədləri üçün istifadə edilir. Aroma texnologiyaları müxtəlif profilli şirkətlər tərəfindən geniş tətbiq edilir.

"Sony" şirkətinin "Student Design Workshop 2012" sərgisində  Çin dizayneri ətirli şəkilləri çap etmək imkanı verən  aromaprinterin orijinal konsepsiyasını təqdim etmişdir. Printerin bir tərəfi çap olunacaq şəkli göstərir, digər tərəfində isə qoxunu təhlil edən və eyni zamanda lazımi aromatik mürəkkəbi çapa əlavə edən sensor kamera yerləşir. Qurğu qoxuya uyğun gələn qidanın təsvir olunduğu ətirli poçt açıqçalarını çap edir. Bu ideya ətir kolleksiyası üçün nəzərdə tutulsa da, gələcəkdə böyük sənaye miqyasında isifadə edilə bilər.

Mütəxəssislərin fikrincə, qurğudan antireklam məqsədilə də istifadə etmək mümkündür, məsələn, rəqib mallarının təsvirlərini əks qoxu ilə yaymaq olar. Bu isə, şirkətin reputasiyasına böyük xələl gətirər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı