YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının növbəti iclası keçirilib Fevral 25, 2020 | 12:08 / Konfranslar, iclaslar

Bu gün YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının (İFAP - The Information for All Programme) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib.  İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyi, QHT-lər və ali təhsil müəssisələri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təmsil olunub.

İclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova da iştirak edib.

Öncə İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov təqdimatla çıxış edib. O, İFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək proqramın məqsədləri və prioritet sahələri barədə məlumat verib.  Bildirib ki, İFAP YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Məqsəd YUNESKO-nun üzv ölkələrinə milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsi üzrə fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

Daha sonra “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ildə görülmüş işlər və qarşıda duran məsələlər haqqında məlumat verilib.

NRYTN-in məlumatına görə, proqramın 6 prioritet sahəsi – “İnformasiyaya çıxış” (“İnformation accessibility”), “İnkişaf üçün informasiya” (İnformation for development”), “İnformasiya etikası” (“İnformation ethics”), “İnformasiya savadlılığı” (“İnformation literacy”), “İnformasiyanın qorunması” (“İnformation preservation”), “Kiberməkanda çoxdillilik” (“Multilingualism in Cyberspace”) üzrə məsələlər Tədbirlər Planında öz əksini tapıb.

Milli Komitənin üzv-qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, Tədbirlər  Planı çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər.

İclasda “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının www.ifap.az saytının təqdimatı da baş tutub.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı