Azərbaycan genişzolaqlı İnternetin inkişafı üzrə MDB məkanında liderdir Oktyabr 30, 2014 | 11:50 / Mühüm hadisələr

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı İnternetin inkişafını əks etdirən hesabatında mövqelərini yüksəldib.

Ölkəmiz 17 balla 48-ci yerdə qərarlaşaraq MDB məkanında stasionar genişzolaqlı İnternetin əhatə dairəsinə görə Rusiya (50-ci yer), Moldova (60-cı yer), Qazaxıstan (68-ci yer), Türkiyə (69-cu yer), Gürcüstan (72-ci yer), Ukrayna (78-ci yer), Ermənistan (80-ci yer) və İranı (92-ci yer) geridə qoyub.

Bundan başqa, Azərbaycan mobil genişzolaqlı şəbəkə istifadəçilərinin sayına görə 43.9 balla 46-cı yerdə qərarlaşıb. Beləliklə,   ölkəmiz Qazaxıstan, Litva, Moldova, Belarus, Ermənistan, Gürcüstan  və digər MDB ölkələrini, eləcə də,  qonşu Türkiyəni  geridə qoyub.

İnkişaf edən ölkələrdə İnternetlə təmin edilmiş ev təsərrüfatlarının sayına görə isə Azərbaycan beynəlxalq reytinqdə 51.5 balla 23-cü yerdə qərarlaşıb. Bu reytinqdə qonşu Türkiyə, İran, Gürcüstan və Ermənistan xeyli geridə qoymuşuq.

İnternetdən istifadə edən insanların sayına görə ölkələrin reytinqinə əsasən, Azərbaycan 58.7 balla 63-cü yerdə qərarlaşıb və bununla da Qazaxıstan, Türkiyə, Ukrayna və Ermənistanı qabaqlayıb. Reytinqdə Azərbaycan 58.7 balla 24-cü yeri, MDB məkanında isə birinci yeri tutub. Beləliklə, ölkəmiz regionun liderlərindən biri olan Qazaxıstan, Türkiyə, Gürcüstan və Ermənistanı bu göstəriciyə görə ötüb.

ictnews.az saytının məlumatına görə, reytinqlər BTİ  ilə YUNESKO-nun rəqəmli inkişafın təşviqi məqsədi ilə yaratdıqları  Genişzolaqlı Rabitə Komissiyası tərəfindən keçirilmiş araşdırmalar əsasında hazırlanıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı