“Affetto” robotu yeni hissləri tanımağı öyrənib Fevral 19, 2020 | 12:34 / Texnoloji yeniliklər

Robot-uşaq ağrı və sinir sistemi ilə təchiz edilib.

Yaponiyanın Osaka Universitetinin mühəndisləri toxunma tənzimləyicilərinə malik olan uşağabənzər “Affetto” robotunu yaradıblar.

Tədqiqatçılar “Affetto”nun ilk dəfə 2011-ci ildə hazırlandığını və bu günə qədər inkişaf etdirildiyini qeyd ediblər. Robota daha mürəkkəb duyğular - gülümsəmək, burnunu qırışdırmaq, gözlərini yummaq və s. öyrədilib.

nanonewsnet.ru saytının məlumatına görə, “Affetto” süni dəri ilə örtülmüş üz və bədənin real skeletinə malikdir. Həssas yumşaq material  sərt metal səthdən fərqli olaraq robotun xarici dünya ilə daha tam qarşılıqlı əlaqəsini təmin edir. Daxil edilmiş tənzimləyicilərin köməyi ilə robot toxunuşu hiss edə, kobud və güclü olanlardan incə və səliqəli olanı ayırd edə, eyni zamanda emosional cavablar göstərə bilir.

“Affetto”nun yaradılmasında məqsəd humanoid robotun insanlarla münasibət qurmağını, mənfi və müsbət hissləri tanımağını təmin etməkdir. Mütəxəssislər bu bacarıqların yaşlı insanlara kömək etmək məqsədi ilə hazırlanmış robotlar üçün faydalı ola biləcəyini qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı