UNESCO-da “Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik” keçiriləcək Fevral 18, 2020 | 09:52 / Mühüm hadisələr

Martın 2-dən 6-dək Parisdə, UNESCO-nun mənzil-qərargahında mobil öyrənmə həftəsi keçiriləcək.

Səkkiz ildir keçirilən “Mobil öyrənmə həftəsi - süni intellekt və inklüzivlik” UNESCO-nun informasiya və kommunikasiya texnologiyaları sahəsində ən ümdə tədbiri hesab olunur.

Bu qurumun rəsmi saytında verilən xəbərə görə, “Süni intellekt və inklüzivlik” mövzusuna həsr olunacaq. Bu mövzu ictimaiyyətin diqqətini süni intellektdən istifadə edilməsini təhsildə inklüzivliyə və ədalətliliyə (Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü maddəsi), hər kəs üçün rəqəmsal imkanlar yaradılmasına yönəltməyi nəzərdə tutur.

Süni intellekt və rəqəmsal innovasiyaların əlçatan olmasında inklüzivliyi təmin etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, keyfiyyətli təhsil imkanları üçün süni intellektdən necə istifadə etmək, müxtəlif təhsil şəraitlərində nəticələrin daha da yaxşılaşdırılması üçün süni intellekt innovasiyalarının stimullaşdırılması və s. bu il keçiriləcək tədbirin əsas müzakirə obyektləri olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı