“Gələcəyin təyyarəsi” təqdim edilib Fevral 15, 2020 | 10:22 / Texnoloji yeniliklər

“Airbus” şirkəti Sinqapurda yerləşən aviasalonda “gələcəyin təyyarəsi”nin yeni modelini təqdim edib. “Maveric” adlandırılmış model yanacaq istehlakını və atmosferə düşən karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmağa yardım edəcək. Bu problemi iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bütün nəhəng aviaşirkətlər həll etməyə çalışırlar.

belta.by saytının məlumatına görə, “Airbus” konstruktorları korpus və qanadların vahid hamar formaya uyğunlaşdırılması yolu ilə uçuş zamanı müqaviməti minimuma endirməyi nəzərdə tutublar ki, bu da yanacaq sərfiyyatını 20 faiz azaltmağa kömək edəcək. Lakin iki məqam hələ ki, qaranlıq qalır: təyyarədə pəncərələr olacaqmı (nümayiş etdirilən modeldə pəncərələr yoxdur) və sərnişin kresloları necə yerləşdiriləcək?

Yeni modelin uçuş sınaqları 2019-cu ilin iyun ayında Fransada uğurla keçirilib və 2020-ci ilin ortalarına qədər Tuluza şəhəri yaxınlığında yerləşən təlim meydanında davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı