Fiziki imkanları məhdud insanlara kömək üçün qadcetlər hazırlanıb Fevral 14, 2020 | 12:04 / Texnoloji yeniliklər

Alimlər fiziki imkanları məhdud insanlara ünsiyyət saxlamaqda kömək edən qurğuları təqdim ediblər. Merilend Universitetinin mühəndisləri tərəfindən yaradılmış “TalkBox” və “SenseBox” qadcetləri fiziki imkanları məhdud insanların xarici aləm və başqa insanlarla qarşılıqlı təsirini asanlaşdırmaq üçün nəzərdə tutulub.

hightech.fm saytının məlumatına əsasən, Merilend Universitetinin mütəxəssisləri Kanadanın York Universitetinin alimləri və Keniyanın Pamoja İctimai təşkilatı ilə birlikdə DIY-qurğular sistemini hazırlayıblar.

Fiziki imkanları məhdud insanların əksəriyyəti onların ətraf mühitlə qarşılıqlı əlaqəsini sadələşdirmək üçün hazırlanmış xüsusi qadcetlərdən yüksək qiymətə görə istifadə edə bilmirlər. Bununla yanaşı, hər il kompüterlər daha əlçatan olur ki, bu da köməkçi texnologiyaların daha da ucuzlaşmasına səbəb olur.

“SenseBox” və “TalkBox” açıq mənbə kodlu platformalar öz işində ucuz “Raspberry Pi” mikrokompüteri, sensor və dinamiklərdən istifadə edir. “TalkBox” sistemdə saxlanılan audiofaylların səslənməsi üçün səthə bərkidilmiş təsvirlərə toxunaraq insanlara ünsiyyət saxlamağa imkan verir. Təsvir və səslər quraşdırılma zamanı insanın fərdi ehtiyaclarından asılı olaraq, seçilə bilər. “TalkBox”u əlil arabasına yerləşdirmək üçün uyğunlaşdırmaq mümkündür. Qurğuda müxtəlif ifadələrə malik sifətlərin illüstrasiyaları əks olunur. İnsan emosiyaların ifadəsi üçün onlardan istifadə edə bilər.

“SenseBox” audioda translyasiya edilən stimulların analoji modelinə söykənir. Lakin o, sensor tərəfindən tanınan taktil obyektlərdən istifadə ilə işləyir. Bu taktil obyektlər mağazalarda məhsullara vurulan işarələr kimi, radio tezlik identifikasiyası teqlərinə malikdir.

Qurğular artıq Keniyada müvəffəqiyyətlə sınaqdan keçirilib. Tədqiqatçılar gələcəkdə bazara çıxarmaq məqsədilə bu qadcetlərin imkanlarını araşdırmağı planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı