İnformasiya Texnologiyaları İnstitutunun komandası institutlararası I futbol çempionatında maraqlı oyun nümayiş etdirib Oktyabr 29, 2014 | 10:26 / Mühüm hadisələr

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası təsis olunduğu gündən Azərbaycan gənclərinin, o cümlədən AMEA gənc alim və mütəxəssislərinin elmi-ictimai, mədəni-kütləvi fəaliyyətini dəstəkləyən, eyni zamanda onların hərtərəfli inkişafını hədəfləyən qeyri-ənənəvi layihələri reallaşdırmaqdadır. Şuranın yeni layihəsi olan “AMEA-nın gənc alim və mütəxəssislərin institutlararası I futbol çempionatı” da bu qəbildəndir.

Oktyabrın 8-dən start götürən idman marafonunun açılış mərasimində AMEA Azad Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru, professor İsa Alıyev çıxış edərək bildirib ki, bu kimi tədbirlərin təşkilində məqsəd elmlə məşğul olan gənclərin idmana marağını artırmaq, onların fiziki tərbiyəsini inkişaf etdirmək və sağlamlıqlarını təmin etməkdir.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanovun sözlərinə görə, komandalar dörd qrup üzrə mübarizə aparırlar. Çempionat “Akademiya şəhərciyi”nin İdman kompleksində nəzərdə tutulmuş təqvim üzrə keçirilir. Oyunlar AFFA-nın peşəkar hakimləri tərəfindən idarə edilir.

İdman marafonunun ilk günündə C qrupunda mubarizə aparan İnformasiya Texnologiyaları İnistitutu (İTİ) Geologiya və Geofizika İnstitutu ilə qarşılaşıb. İnstitut 3:2 hesabı ilə qalib gəlib.

Növbəti, Respublika Seysmoloji Xidmət Mərkəzi ilə İTİ arasında keçirilən oyun 4:4 hesabı ilə nəticələnib.

Üçüncü qarşılaşmada Kataliz və Qeyri-üzvi Kimya İnstitutunu 11:1 hesabı ilə məğlub edən komandamız qrupdan 7 xalla birinci çıxaraq növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda isə təmsilçilərimiz AMEA Rəyasət Heyətinin komandasını 6:2 hesabı ilə məğlub edib.

Fizika İnstitutu ilə keçirilən yarımfinal oyunu isə 6:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qeyd edək ki, təmsilçilərimiz 3-cü yer uğrunda yarışacaq. Rəqiblər isə bu gün Neft-Kimya Prosesləri İnstitutu ilə Geologiya və Geofizika İnstitutu arasında keçirilən oyunun nəticəsində bəlli olacaq.  

Bu mübarizədə komandamıza uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı