“I2B – İdeyadan Biznesə” platforması 2020-ci ildə də davam etdiriləcək Fevral 12, 2020 | 03:19 / Mühüm hadisələr

Artıq iki ildir ardıcıl olaraq təşkil edilən “I2B – İdeyadan Biznesə” platforması 2020-ci ildə də davam etdiriləcək.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai BirliyiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılan layihə çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçiriləcək. Startap hərəkatının genişləndirilməsinə və gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə paytaxt Bakı və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil olunacaq.

Turların keçiriləcəyi bölgələrdə 17 fevral tarixindən startapçılar üçün təlimlər başlayacaq.

Startap turuna bu dəfə Quba şəhərindən start veriləcək. Təşkilatçılar cəbhə bölgəsində yaşayan gənclərin innovativ ideyalarını dəyərləndirmək məqsədilə bu il ilk dəfə olaraq Ağdama da səfər edəcəklər. Ümumilikdə il ərzində Azərbaycanın 13 şəhər və rayonunda startap turları təşkil olunacaq.

Qeyd edək ki, “I2B – İdeyadan Biznesə” startap hərəkatına www.i2b.az saytında qeydiyyatdan keçərək qoşulmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı