“Microsoft” süni intellektə sağlamlıq naminə 40 milyon dollar sərmayə qoyur Fevral 12, 2020 | 02:25 / Maraqlı məlumatlar

Beş illik “AI for Health”(Sağlamlıq üçün süni intellekt) proqramı çərçivəsində “Microsoft” korporasiyası şirkətlərə, qeyri-kommersiya təşkilatlarına və alimlərə tibdə ən əhəmiyyətli problemlərin həlli üçün süni intellekt texnologiyalarına çıxış imkanı təqdim edəcək.

“Microsoft” beş il ərzində səhiyyə sənayesi üçün 40 milyon dollarlıq süni intellekt texnologiyasına investisiya qoyan “AI for Health” proqramını satışa çıxardığını elan edib. Təşəbbüs pul qrantları daxil olmaqla şirkətlərə, qeyri-kommersiya təşkilatlarına və elm adamlarına süni intellekt alətlərinə, bulud hesablama və digər zəruri mənbələrə giriş əldə etməyə imkan verəcək.

Proqramın diqqət yetirəcəyi əsas cəhət və prinsiplər aşağıdakılardır:

  • Tədqiqat fəaliyyəti. Şirkət alimlərə tədqiqat işlərində kömək edəcək və həkimləri daha dəqiq diaqnoz qoymağa, müalicəni təyin etməyə və xəstəliyin qarşısını almağa imkan yaratmaq üçün lazımi resurslar ilə təmin edəcək. Süni intellektin köməyi ilə təhlükəli xəstəliklər, ani uşaq ölümü sindromu (SIDS), diabetik retinopatiya və bir çox digər xəstəliklər araşdırılacaq.
  • Təhlil. “Microsoft” uzunömürlülük və ölüm faizi amillərinin dünya cəmiyyəti tərəfindən anlamanı artırmaq üçün qlobal məlumat mübadiləsini asanlaşdıracaq. Bununla da şirkət tibbi məlumatların məxfiliyinə xüsusi diqqət yetirəcək.
  • Bərabərlik prinsiplərinə uyğunluq. Şirkət inkişaf etməkdə olan ölkələrdə insanlara tibbi xidmətdən istifadə etmək üçün səhiyyə bərabərsizliyinin aradan qaldırılmasına dəstək vermək niyyətindədir.

nanonewsnet.ru saytının məlumatına əsasən, təşəbbüs şirkətin 165 milyon dollar sərmayə qoyduğu “AI for Good” layihəsinin bir hissəsidir və cəmiyyətin ən mürəkkəb problemlərini süni intellektin köməyi ilə həll etmək məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı